Payız fəsli Azərbaycana daxil olub

23-09-2018, 10:16
Oxunub: 330
Payız fəsli Azərbaycana Bakı vaxtı ilə saat 05:54-də daxil olub


Azərbaycana payız fəsli gəlib.

Report-un məlumatına görə, payız fəsli Azərbaycana Bakı vaxtı ilə saat 05:54-də daxil olub. Bu gün gecə və gündüz bərabərliyi baş verəcək. Məhz bu gündən başlayaraq gecələr uzanacaq, gündüzlər isə qısalacaq. Artıq Günəş şimal yarımkürəsindən cənub yarımkürəsinə keçir.

Gecələrin uzanması dekabrın 22-nə kimi davam edəcək və həmin gün ən uzun gecə olacaq. Ölkəyə qış fəsli isə dekabrın 22-i Bakı vaxtı ilə saat 02:22-də gələcək.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti