"Aİ-Azərbaycan münasibətləri inkişaf edir və dərinləşir"

22-09-2018, 13:07
Oxunub: 26
"Aİ Azərbaycanın ən iri ticarət tərəfdaşıdır"


"Avropa İttifaqı-Azərbaycan münasibətləri inkişaf edir və dərinləşir".

Report xəbər verir ki, bunu Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Kestutis Yankauskas Naxçıvanda Aİ günlərinin keçirilməsi münasibətilə təşkil edilən mətbuat konfransında deyib.

Səfir qeyd edib ki, Aİ ilk dəfədir ki, belə miqyasda tədbir təşkil edir. O, Azərbaycanın bu il ADR-in 100 illiyini qeyd etdiyini və bu tədbirin bu əhəmiyyətli tarixə töhfə olduğunu vurğulayıb.

"Bu, tərəfdaşlıq və etimadın göstəricisidir, Azərbaycanla əlaqələrin inkişaf etməsinin və dərinləşməsinin əlamətidir", - K.Yankauskas deyib.

Səfir bildirib ki, Aİ Azərbaycanın ən iri ticarət tərəfdaşıdır, Azərbaycanda fəaliyyət göstərən Aİ şirkətlərinin sayı artmaqdadır.

"Azərbaycanı Cənubi Qafqazda sabit, çiçəklənən, etibarlı və multikultural tərəfdaş kimi alqışlayırıq", - səfir qeyd edib.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti