Biləsuvarda partlamamış hərbi sursatlar aşkar olunub

22-09-2018, 22:41
Oxunub: 47
Partlamamış hərbi sursatların tapıldığı yerin ətrafında 3 900 kv.m əraziyə yerüstü baxış keçirilib


Biləsuvar rayonunun "Mahmudçala" ovçuluq təsərrüfatının ərazisində 77 ədəd partlamamış hərbi sursat (PHS) aşkar olunub.

Report xəbər verir ki, ANAMA-ya hərbi sursatların tapılması barədə məlumatlar daxil olduqdan sonra, Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Biləsuvar rayon Polis şöbəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri və Daxili İşlər Nazirliyinin Biləsuvar rayon Polis şöbəsinin əməkdaşları tərəfindən birlikdə yuxarıda adı qeyd olunmuş əraziyə 2018-ci il 22 sentyabr tarixində də baxış keçirilib.

Aparılan təcili təxirəsalınmaz operativ əməliyyat-axtarış tədbirləri nəticəsində Agentliyin mütəxəssisləri tərəfindən 77 ədəd partlamamış hərbi sursat aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Partlamamış hərbi sursatların tapıldığı yerin ətrafında 3 900 kv.m əraziyə yerüstü baxış keçirilib.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti