Beyləqanda yandırılmış 196 ədəd ağacla bağlı polisə müraciət olunub

22-09-2018, 14:50
Oxunub: 40
Faktla bağlı akt tərtib edilib


Beyləqan rayonunun Dünyamalılar kəndi ərazisində, avtomobil yolunun kənarındakı yaşıllıq sahəsində ağacların yanması ilə bağlı daxil olan müraciət 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən araşdırılıb.

Bu barədə Etatist.com-a Nazirliyin Mətbuat xidmətindən məlumat verilib.

Əraziyə keçirilən baxış zamanı yol kənarı yaşıllıq sahəsində yaş köküstə müxtəlif cinsli və diametrli 196 ədəd ağacın yandığı məlum olub. Faktla bağlı akt tərtib edilib və təbiətə 39200 manat məbləğində ziyan dəydiyi müəyyən olunub.

Təqsirkarların tapılması və barələrində qanunamüvafiq tədbirlərin görülməsi üçün toplanmış sənədlər Beyləqan rayon Polis şöbəsinə göndərilib.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti