Makron Fələstin-İsrail dialoqunun yenilənməsini təklif edib

22-09-2018, 11:08
Oxunub: 51
"Prezident Fransanın fələstinlilərlə israillilər arasında dialoqun yenilənməsinə tam sadiqliyini xatırladıb"


Fransa prezidenti Emmanuel Makronla Fələstin lideri Mahmud Abbas arasında telefon danışığı olub.

Report xəbər verir ki, bu barədə "İnterfax.ru" məlumat yayıb.

Yelisey Sarayından yayılan rəsmi məlumatda bildirilir ki, danışıqların gedişində fələstinlilərlə İsrail arasında dialoqun yenilənməsi təklif edilib.

"Prezident Fransanın fələstinlilərlə israillilər arasında dialoqun yenilənməsinə tam sadiqliyini xatırladıb", - deyə rəsmi məlumatda – kommunikedə qeyd edilir.

Məlumatda həmçinin göstərilir ki, Makron Abbası bu vəziyyəti yaxşılaşdırmaq üçün rəsmi Parisin aktiv diplomatik səylərə can atdığına əmin edib. O, bir daha qeyd edib ki, iki dövlətin birgə mövcudluğu Fransa üçün yeganə məqbul variantdır.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti