"Florens" qasırğası nəticəsində ölənlərin sayı 43-ə çatıb

22-09-2018, 09:13
Oxunub: 51
Təbii hadisənin qurbanlarından 32-i Şimali Karolinanın payına düşür


ABŞ-ın Şimali və Cənubi Karolina ştatlarında baş vermiş "Florens" qasırğası nəticəsində ölənlərin sayı 43 nəfərə çatıb.

Report TASS-a istinadən xəbər verir ki, bu barədə "Associated Press" (AP) məlumat yayıb.

Məlumata görə, təbii hadisənin qurbanlarından 32-i Şimali Karolinanın payına düşür. Bundan əlavə, qasırğa Cənubi Karolina və Virciniyaya da zərər vurub.

Daha əvvəl qasırğa zamanı 41 nəfərin öldüyü bildirilirdi. "Florens" qasırğası Atlantik okeanının ABŞ sahillərinə bir neçə gün əvvəl çatıb və dərhal zəifləməyə başlayıb. 

Təbii hadisə həmçinin ölkənin digər şəhərlərinə də külli miqdarda maddi zərər vurub.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti