BMT rəsmisi: "Yəməndə vəziyyət fəlakətə yaxınlaşır"

22-09-2018, 02:39
Oxunub: 38
"Valyutanın dəyərinin azalması 10 milyona yaxın yəmənliyə birbaşa təsir edir"


Yəməndə vəziyyət fəlakətə yaxınlaşır - müntəzəm qidalanmaq imkanları olmayan əhalinin sayı yaxın vaxtlarda 11,5 milyona çata bilər.

Trend-in məlumatına görə, bu barədə BMT baş katibinin humanitar məsələlər üzrə müavini və fövqəladə yardım üzrə koordinator Mark Loukok bildirib.

M.Loukok deyib: "Yəmən rialının son bir ayda təxminən 30 faiz ucuzlaşması nəticəsində iqtisadi geriləmə qeydə alınır və təxminən bütün qida məhsullarının idxal edildiyini nəzərə alsaq, valyutanın dəyərinin azalması 10 milyona yaxın yəmənliyə birbaşa təsir edir".
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti