ABŞ prezidenti BMT Təhlükəsizlik Şurasının İran üzrə iclasına sədrlik edəcək

22-09-2018, 00:47
Oxunub: 217
Bu barədə Ağ Ev rəhbəri özünün "Twitter" səhifəsində yazıb


ABŞ prezidenti Donald Tramp BMTTəhlükəsizlik Şurasının İran üzrə iclasına sədrlik edəcək.

Report xəbər verir ki, bu barədə Ağ Ev rəhbəri özünün "Twitter" səhifəsində yazıb.

Birləşmiş Ştatların dövlət başçısı bildirib ki, təşkilatın yaxın günlərdə baş tutacağı iclası onun sədrliyi ilə keçiriləcək. 

"Mən növbəti həftə BMT-nin Təhlükəsizlik Şurasının İran üzrə iclasına sədrlik edəcəm", - deyə ABŞ rəhbəri yazıb. 

Qeyd edək ki, daha əvvəl ABŞ-ın dövlət katibi İranla dialoqa hazır olduğunu bildirib. Lakin Birləşmiş Ştatlar rəsmisi bunun üçün qarşı tərəfin Ağ Evin irəli sürdüyü şərtlərə əməl etməsi vacibliyini vurğulayıb.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti