Sudanda hərbi təyyarə qəzaya uğrayıb

22-09-2018, 00:25
Oxunub: 36
Qəza zamanı 2 təyyarəçi həlak olub


Sudanın Hərbi Hava Qüvvələrinə məxsus "K-8" təyyarəsi qəzaya uğrayıb.

Report-un məlumatına görə, bu barədə "Sudan Tribune" ordunun briqada generalı Əhməd Xalif əş-Şama istinadən xəbər verib.

Bildirilir ki, hadisə paytaxt Xartum şəhəri yaxınlığında təlim uçuşu zamanı qeydə alınıb. Qəza zamanı 2 təyyarəçi həlak olub. 

İlkin ehtimala görə, təyyarənin qəzaya uğramasına qəfil yaranmış texniki çatışmazlıq səbəb olub. 
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti