İranda törədilən terrorda ölənlərin sayı 24-ə çatıb - YENİLƏNİB

22-09-2018, 15:03
Oxunub: 379
2 terrorçu zərərsizləşdirilib


İranın cənubunda yerləşən Əhvaz şəhərində hərbi parad zamanı törədilən terror nəticəsində ölənlərin sayı 24 nəfərə çatıb.

Report xəbər verir ki, məlumatı “PressTV” yayıb.

* * *

İranın cənubunda yerləşən Xuzistan əyalətinin Əhvaz şəhərində hərbi parad zamanı törədilən terror nəticəsində ölən hərbçilərin sayı 10-a çatıb, 21 nəfər yaralanıb, 2 terrorçu zərərsizləşdirilib.


Report “Tasnim” agentliyinə istinadən xəbər verir ki, bunu Xuzistan əyaləti valisinin siyasi məsələlər üzrə müavini bildirib.

* * *

İranın cənubunda yerləşən Xuzistan əyalətinin Əhvaz şəhərində hərbi parad zamanı törədilən terror nəticəsində 7 hərbçi ölüb, 2 terrorçu zərərsizləşdirilib.

Report xəbər verir ki, məlumatı “Tasnim” agentliyi yayıb.

Bildirilib ki, terrorçulardan ikisi hadisə yerindən qaçıb.

Terror törədənlər barədə hələ ki, rəsmi məlumat verilməyib.

* * * 

İranın cənubunda yerləşən Əhvaz şəhərində hərbi parad zamanı törədilən terror nəticəsində çoxlu sayda insan ölüb və yaralanıb.

Report xəbər verir ki, məlumatı Türkiyə KİV-ləri yayıb.

Qeyd edək ki, sentyabrın 22-də “Müqəddəs müdafiə” həftəsinin birinci günü başlayıb. Bu münasibətlə İran İnqilab Keşikçiləri Qvardiyası və Ordu Tehran da daxil olmaqla İranın bütün şəhərlərində hərbi parad keçirir. Ölkə paytaxtında keçirilən tədbirdə İslam Respublikasının prezidenti Həsən Ruhani və parlamentin sədri Əli Laricani iştirak edib.

Tədbirə körfəzdən və Bəndərabbas limanından 600 döyüş gəmisi də qatılıb.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti