Rusiya Avropa Şurasından çıxa bilər

20-09-2018, 18:36
Oxunub: 67
"Dörd ildir danışıqlar gedir, amma heç bir irəliləyiş yoxdur"


 "Rusiya Avropa Şurasından çıxmaq qənaətinə gəlib". 

Report “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko Avropa Şurası Parlament Assambleyasının (AŞPA) prezidenti Lilian Mori Paskye ilə görüşündə bildirib. 

"Tam səmimi deyirəm, artıq Avropa Şurasından çıxmağı düşünürük. Dörd ildir danışıqlar gedir, amma heç bir irəliləyiş yoxdur”, - o deyib.

Qeyd edək ki, Rusiya Krımı ilhaq etdiyinə görə 2014-cü ildən AŞPA-da bir sıra səlahiyyətlərindən məhrum edilib. Buna cavab olaraq Rusiya qurumun iclaslarında iştirakını dayandırıb.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti