Binəli Yıldırım Azərbaycanda səfərdədir

21-09-2018, 00:35
Oxunub: 73
Binəli Yıldırımı Milli Məclis sədrinin müavini Valeh Ələsgərov və digər rəsmi şəxslər qarşılayıblar


Türkiyə Böyük Millət Məclisinin sədri Binəli Yıldırım Azərbaycan parlamentinin 100 illiyi münasibətilə keçiriləcək təntənəli iclasda iştirak etmək üçün sentyabrın 20-də ölkəmizə səfərə gəlib.

Etatist.com Trend-ə istinadən xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda Binəli Yıldırımı Milli Məclis sədrinin müavini Valeh Ələsgərov və digər rəsmi şəxslər qarşılayıblar.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti