Aİ "Facebook" qarşısında şərt qoyub

20-09-2018, 19:38
Oxunub: 56
"Əks təqdirdə, "Facebook" İttifaqın sanksiyaları ilə üzləşməli olacaq"


"Facebook" sosial şəbəkəsi ilin sonunadək fərdi məlumatların emalını Avropanın yeni qaydalarına uyğunlaşdırmalıdır".

Report “Gazeta.ru”ya istinadən xəbər verir ki, bunu Avropa İttifaqının (Aİ) komissarı Vera Yurova "Twitter"dəki səhifəsində bildirib.  

"Əks təqdirdə, "Facebook" İttifaqın sanksiyaları ilə üzləşməli olacaq. "Facebook"un fərdi məlumatları üçüncü şəxslərə ötürməsindən, yaxud istifadəçilərin yerləşdirdiyi hər bir şəkilə və ya məlumata müəllif hüququnu özündə saxlamasından çoxlarının xəbəri yoxdur”.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti