ABŞ 33 vəzifəli şəxsi "qara siyahı"ya salıb

21-09-2018, 00:18
Oxunub: 51
"Rusiyanın müdafiə sənaye kompleksi ilə əlaqəli olan 33 vəzifəli şəxs "qara siyahı"ya salınıb"


Birləşmiş Ştatlar cümə axşamı Rusiyanın müdafiə sənaye kompleksi ilə əlaqəli olan 33 vəzifəli şəxsini "qara siyahı"ya salıb.

Report TASS-a istinadən xəbər verir ki, bunu jurnalistlərlə telefon söhbətində Amerika administrasiyasının yüksək rütbəli nümayəndəsi deyib.

"ABŞ-ın dövlət katibi Maykl Pompeo CAATSA qanunu ("Sanksiyalar vasitəsi ilə Amerika düşmənlərinə müqavimət haqqında") çərçivəsində "Rusiyanın müdafiə və kəşfiyyat sektorunun maraqları üçün çalışan 33 nəfəri [qara siyahıya] əlavə edib", - deyə o bildirib.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti