Paşinyanın ABŞ-a səfərinin təxirə salınmasının səbəbi məlum olub

20-09-2018, 14:50
Oxunub: 48
"Ermənistan tərəfinin xahiş etdiyi görüşdən Donald Tramp imtina edib"


Ermənistanın baş naziri Nikol Paşinyanın ABŞ-a səfərinin təxirə salınmasının səbəbi məlum olub.

Report xəbər verir ki, bu barədə “168 jam” qəzeti məlumat yayıb.

“Ermənistan tərəfinin xahiş etdiyi görüşdən Donald Tramp imtina edib. Bundan sonra onlar ABŞ-ın vitse-prezidenti Maykl Penslə Nikol Paşinyanın görüşünü təşkil etməyə cəhd göstəriblər. O da Ermnənistanın hökumət başçısı ilə görüşdən imtina edib”, - nəşr vurğulayıb.

Məqalədə qeyd edilib ki, rəsmi Yerevanın son ümidi Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyanın ABŞ-ın dövlət katibi Maykl Pompeo ilə görüşünün təşkilidir.

Xatırladaq ki, onun ABŞ-a səfəri və görüşlər sentyabrın 21-22-nə nəzərdə tutulmuşdu. ABŞ liderlərinin imtinasından sonra Nikol Paşinyan bildirib ki, sentyabrın 23-də Yerevan şəhər Ağsaqqallar Şurasına keçiriləcək seçkilərə görə səfərini təxirə salıb. 
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti