Türkiyə prezidenti ABŞ-la strateji tərəfdaşlığın möhkəmlənəcəyinə ümid bəsləyir

20-09-2018, 08:52
Oxunub: 64
"Bizim ABŞ ilə strateji tərəfdaşlığımız investisiya və ticarət sayəsində möhkəmlənməlidir"


 Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan bildirib ki, Ankara ikitərəfli münasibətlərdə böhran olmasına baxmayaraq, investisiya və ticarət sayəsində ABŞ-la strateji tərəfdaşlığın möhkəmlənəcəyinə ümid bəsləyir.

Report NTV telekanalına istinadən xəbər verir ki, Ərdoğanın sözlərinə görə, siyasi fikir ayrılığını iqtisadiyyat ilə qarışdırmaq düzgün deyil.

O əlavə edib ki, Türkiyə ABŞ-la aralarında olan problemlərinin işgüzar dairələrdə öz əksini tapmasını istəmir və biznesin zərər çəkməməsi üçün zəruri tədbirlər görəcək.

"Bizim ABŞ ilə strateji tərəfdaşlığımız investisiya və ticarət sayəsində möhkəmlənməlidir", - deyə Ərdoğan Türkiyədəki Amerika şirkətlərinin nümayəndələri ilə görüşündə bildirib.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti