İsrail HHQ rəhbəri Moskvaya səfər edəcək
20-09-2018, 02:39
Oxunub: 108
Amikam Norkinin başçılıq etdiyi nümayənd heyəti Moskvaya səfər edəcək
İsrail Hərbi Hava Qüvvələrinin rəhbəri Amikam Norkinin başçılıq etdiyi nümayənd heyəti Suriyada Rusiyaya məxsus "İl-20" təyyarəsinin qəzaya uğraması barədə məlumatları çatdırmaq üçün Moskvaya səfər edəcək.Report xəbər verir ki, bu barədə İsrail ordusunun "Twitter" mikrobloquna yerləşdirilən bəyanatda deyilir.
"HHQ komandanı və onu müşayiət edən şəxslər baş vermiş hadisənin bütün aspektlər üzrə… İsrail ordusu tərəfindən aparılan araşdırmanın əsas nəticələri barədə hesabat təqdim edəcəklər", - deyə məlumatda bildirilir.