ABŞ prezidenti OPEC-dən neftin qiymətini azaltmağı tələb edib

20-09-2018, 16:54
Oxunub: 81
"OPEC monopoliyası elə indi qiymətləri azaltmalıdır"


ABŞ prezidenti Donald Tramp OPEC-dən OPEC+in Monitorinq Komitəsinin Əlcəzairdə keçiriləcək iclası ərəfəsində neftin qiymətini azaltmağı tələb edib.

Report TASS-a istinadən xəbər verir ki, bu barədə D.Tramp "Twitter" səhifəsində yazıb.

"Biz Yaxın Şərq ölkələrini qoruyuruq, bizsiz onlar uzun müddət təhlükəsiz şəraitdə olmazdılar. Amma yenə də onlar neftin qiymətinin artmasını tələb edirlər. OPEC monopoliyası elə indi qiymətləri azaltmalıdır!", - Tramp yazıb.

Qeyd edək ki, OPEC+in Monitorinq Komitəsinin iclası sentyabrın 23-də Əlcəzairdə keçiriləcək. Komitə bazarın balanslaşdırılması üçün lazımi qərarlar qəbul etmək üçün müqavilə tərəflərinə tövsiyələr vermək funksiyasına malikdir.

Daha əvvəl ABŞ prezidenti OPEC-i qiymətləri manipulyasiya etməkdə günahlandırıb.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti