Ordunun genişmiqyaslı təlimlərində gündüz vaxtı döyüş atışları keçirilib

20-09-2018, 16:13
Oxunub: 56
Təlimlərdə həmçinin hava desantının döyüş tətbiqi üzrə tapşırıqlar da icra olunub


Azərbaycan ordusunun genişmiqyaslı təlimlərinin planına uyğun olaraq, müxtəlif poliqonlarda və müasir avadanlıqla təchiz edilmiş təlim sahələrində gündüz vaxtı döyüş atışları icra olunub.

Müdafiə Nazirliyinin Mətbuat xidmətindən Etatist.com-a verilən məlumata görə, motoatıcı, tank, raket-artilleriya, zenit-raket bölmələri, hava hücumundan müdafiə vasitələri, aviasiya, eləcə də digər birləşmələr silah və texnikanın tətbiqi ilə təlim-döyüş tapşırıqlarını yerinə yetiriblər.

Müasir ümumqoşun döyüşünün prinsiplərinə riayət edilməklə, mürəkkəb relyef şəraitində və şərti düşmənin ehtimal olunan fəaliyyəti nəzərə alınaraq qoşunların, eləcə də idarəetmə sistemlərinin qarşılıqlı əlaqədə effektiv tətbiqi həyata keçirilib. Təlimlərdə həmçinin hava desantının döyüş tətbiqi üzrə tapşırıqlar da icra olunub.

Müdafiə Nazirliyinin rəhbərliyi təlimlərə cəlb olunan qoşunların peşəkarlığını və şəxsi heyətin hazırlığını yüksək qiymətləndirib.

Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti