Aşura ilə bağlı 3189 nəfər könüllü olaraq qan verib

20-09-2018, 13:47
Oxunub: 91
Könüllü qanvermə aksiyaları axşam saatlarına kimi, eləcə də Məhərrəmlik ayı boyunca davam edəcək


 Aşura günü ilə əlaqədar 3 189 nəfər könüllü olaraq qan verib.

Səhiyyə Nazirliyindən Etatist.com-a verilən məlumata görə, saat 12:00-a olan məlumata əsasən, ümumilikdə, qan verən şəxslərdən 1435 litr qan tədarük olunub.

Tədarük olunan qan və qandan hazırlanan preparatlardan hemofiliyalı və talassemiyalı, həmçinin qana ehtiyacı olan bütün xəstələrin müalicəsində istifadə olunacaq.

Xatırladaq ki, könüllü qanvermə aksiyaları axşam saatlarına kimi, eləcə də Məhərrəmlik ayı boyunca davam edəcək.

Qeyd edək ki, 24 rayonda (28 yerdə) keçirilən qanvermə aksiyasının 20-si məscidlərdə, 8-i isə Mərkəzi Xəstəxana şəraitində həyata keçirilir.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti