Dövlət Aqrar Ticarət Şirkəti Cocuq Mərcanlıdakı fermerlərin məhsulunu alıb

20-09-2018, 13:29
Oxunub: 63
DATŞ nümayəndələri Cocuq Mərcanlı kəndində yaradılmış şəraitlə tanış olub


İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki "Dövlət Aqrar Ticarət Şirkəti" MMC-nin (DATŞ) nümayəndə heyəti Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində səfərdə olub.

Bu barədə Etatist.com-a Kənd Təsərrüfatı Nazirliyindən bildirilib. 

Məlumata görə, səfər çərçivəsində DATŞ nümayəndələri Cocuq Mərcanlı kəndində yaradılmış şəraitlə tanış olub, təsərrüfat sahibləri ilə fikir mübadiləsi aparıblar.

Qeyd edək ki, İqtisadiyyat Nazirliyinin və Türkiyənin Azərbaycandakı səfirliyinin birgə həyata keçirdiyi layihələr çərçivəsində Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində istixana və arıçılıq təsərrüfatları yaradılıb. Burada 15 ədəd hər biri 160 kvadratmetr sahəyə malik polietilen örtüklü tunel tipli istixanalar qurulub. 15 ailənin hər birinə 10 arı ailəsi olmaqla 150 arı ailəsi verilib.

Cocuq Mərcanlı fermerlərinə dəstək məqsədilə istixanalarda yetişdirilmiş 1 100 kiloqram melit sortu xiyarı DQTŞ alıb və satışını həyata keçirib.

Təsərrüfatlardan əldə olunacaq məhsulların satışına dəstək məqsədilə Dövlət Aqrar Ticarət Şirkəti ilə Cocuq Mərcanlı fermerləri arasında gələcək əməkdaşlıq üçün memorandumunun imzalanması barədə razılıq əldə olunub.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti