"Brexit danışıqlarını payızda başa çatdırmaq lazımdır"

19-09-2018, 20:36
Oxunub: 48
"Artıq sazişin əldə olunması üçün az vaxt qalır"


Avropa İttifaqı Şurasının sədri Donald Tusk noyabr ayında Avropa İttifaqı (Aİ) üzvlərinin növbədənkənar sammitini çağırmaq niyyətindədir.

Trend-in məlumatına görə, sammit Böyük Britaniyanın Aİ-ni tərk etməsi ilə bağlı danışıqlara həsr olunacaq.

D.Tusk bildirib ki, danışıqları bu payız başa çatdırmaq arzusundadır:

“Artıq sazişin əldə olunması üçün az vaxt qalır, ona görə də mən liderlərə təklif edəcəyəm ki, noyabr ayında sammit keçirilsin”.

Qeyd edək ki, bu gün Avstriyanın Zalsburq şəhərində “Brexit” ilə bağlı Aİ-nin qeyri-rəsmi sammiti işə başlayır.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti