Pakistanın sabiq baş naziri azadlığa buraxılıb

19-09-2018, 17:32
Oxunub: 31
O, vəzifədə olduğu müddətdə korrupsiya cinayəti törətməkdə günahkar bilinib


Pakistanın keçmiş baş naziri Nəvaz Şərif 500 min rupi (4 min dollar) girov qarşılığında azadlığa buraxılıb.

Report “Anadolu” agentliyinə istinadən xəbər verir ki, girovu onun qızı Məryəm və kürəkəni Məhəmməd Səfdər ödəyib.

Qeyd edək ki, Nəvaz Şərif 3 dəfə (1990-1993, 1997-1999, 2013-2017-ci illərdə) Pakistanın baş naziri olub. Ötən il oktyabrın 19-da Pakistan məhkəməsi N.Şərifə, onun qızı Məryəm Nəvaza və kürəkəni Məhəmməd Səfdərə qarşı korrupsiya ittihamı irəli sürüb.

2017-ci il iyulun 28-də Pakistanın Ali Məhkəməsi onun barəsində baş nazir vəzifəsinə uyğun gəlməməsi ilə bağlı qərar qəbul edib. Bundan sonra N.Şərif istefa verib.

Bu ilin iyulunda N.Şərif 10 il müddətinə azadlıqdan məhrum edilib. O, vəzifədə olduğu müddətdə korrupsiya cinayəti törətməkdə günahkar bilinib.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti