Azərbaycan MN Rusiya tərəfinə başsağlığı verib

19-09-2018, 11:04
Oxunub: 60
"Həlak olanların ailələrinə, doğmalarına və yaxınlarına dərin hüznlə baş sağlığı verirəm"


Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Rusiya Federasiyasının müdafiə naziri ordu generalı Sergey Şoyquya başsağlığı məktubu ünvanlayıb.

Bu barədə Etatist.com-a Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Başsağlığında deyilir: “Suriyda vurulmuş "İl-20" təyyarəsinin ekipajının faciəvi şəkildə həlak olması barədə xəbər məni dərindən sarsıtdı.

Azərbaycan ordusunun şəxsi heyəti adından və şəxsən öz adımdan həlak olanların ailələrinə, doğmalarına və yaxınlarına dərin hüznlə baş sağlığı verirəm. Baş vermiş faciədən Sizinlə birlikdə kədərlənirik”.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti