"Rusiya Suriyadakı hərbçilərinin təhlükəsizliyini təmin edəcək"

18-09-2018, 18:16
Oxunub: 36
"Burada, çox güman ki, faciəli təsadüfi hallar zənciri yaşanıb"


Rusiya prezidenti Vladimir Putin "İl-20" təyyarəsinin Suriyada qəzaya uğramasının Suriya-Türkiyə sərhədində vurulmuş "Su-24"lə müqayisə edilməməsinə çağırıb.

Report "RİA Novosti"yə istinadən xəbər verir ki, o, bu barədə Macarıstanın baş naziri Viktor Orban ilə danışıqlardan sonra keçirilən mətbuat konfransında bildirib.

"Burada, çox güman ki, faciəli təsadüfi hallar zənciri yaşanıb, çünki İsrail təyyarəsi bizim təyyarəni vurmayıb", - V.Putin deyib.

Onun sözlərinə görə, Rusiya Suriyadakı hərbçilərinin əlavə təhlükəsizliyini təmin edəcək və bunu hamı hiss edəcək.

Qeyd edək ki, daha əvvəl Rusiya Müdafiə Nazirliyi israilli pilotların Rusiyanın "İl-20" təyyarəsindən sipər kimi istifadə edib özlərinin Suriyanın hava hücumundan müdafiə sistemləri tərəfindən vurulmasına səbəb olduqlarını bildirib. Hadisə nəticəsində 15 Rusiya hərbçisi ölüb.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti