ÜTT-də islahatlar aparıla bilər

18-09-2018, 19:15
Oxunub: 73
"ABŞ ilə Çin arasında ticarət qarşıdurması bunun zərurətini bir daha ortaya çıxarıb"


"Ümumdünya Ticarət Təşkilatı (ÜTT) sistem olaraq dərin böhrandadır və islahatlar aparılmalıdır".

Report "Euronews"a istinadən xəbər verir ki, bunu Avropa Komissiyasının ticarət komissarı Sesil Malmström deyib.

Onun sözlərinə görə, ABŞ ilə Çin arasında ticarət qarşıdurması bunun zərurətini bir daha ortaya çıxarıb: “Biz Birləşmiş Ştatların Çinə dair tənqidlərinə şərikik, amma yeni tarifləri Çinə qəbul etdirmək üçün ABŞ-ın əl atdığı vasitələrlə razı deyilik”.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti