"Polşada ABŞ qoşunlarının yerləşdirilməsini müzakirə edəcəyik"

18-09-2018, 23:19
Oxunub: 52
"Əgər Polşa bunu istəyirsə, ABŞ mütləq həmin məsələni müzakirə edəcək"


ABŞ prezidenti Donald Tramp bildirib ki, Birləşmiş Ştatların hakimiyyət orqanları Polşanın öz ərazisində Amerika hərbi kontingentinin yerləşdirilməsi barədə xahişini nəzərdən keçirir.

Report-un məlumatına görə, bu barədə "Bloomberg" xəbər verib.

Xəbərdə bildirilir ki, ABŞ rəhbəri bu bəyanatı Polşa prezidenti Andjey Duda ilə Vaşinqtondakı görüşündə deyib.

"Biz buna çox ciddi yanaşırıq", - deyə Ağ Ev rəhbəri bildirib. D.Tramp əlavə edib ki, əgər Polşa bunu istəyirsə, ABŞ mütləq həmin məsələni müzakirə edəcək.

Qeyd edək ki, Tramp daha əvvəl Polşanın təhlükəsizliyinin vacib olduğunu bildirib.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti