Muxtar Babayev Zaqatalada vətəndaşları qəbul edəcək

18-09-2018, 12:09
Oxunub: 131
Qəbulda Zaqatala, Balakən və Qax rayonlarının vətəndaşları iştirak edə bilərlər


Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev Zaqatalada vətəndaşları qəbul edəcək.

Bu barədə Etatist.com-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Qəbul sentyabr ayının 28-də saat 09:30-da Zaqatala şəhərində yerləşən Heydər Əliyev Mərkəzində olacaq. Qəbulda Zaqatala, Balakən və Qax rayonlarının vətəndaşları iştirak edə bilərlər.

Qəbula gəlmək istəyən vətəndaşlardan qeydiyyatdan keçmək üçün info@eco.gov.az və ecologiya.nazirliyi@eco.gov.az elektron poçt ünvanları, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 168 saylı “Qaynar xətt”i, həmçinin Zaqatala Regional Meşə Təsərrüfatı Mərkəzi (ünvan: Zaqatala şəhəri, Nizami küçəsi 40) ilə əlaqə saxlamaları (əlaqə telefonları: 051-960-60-00, 050-580-88-38, 024-22-08-37) xahiş olunur.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti