Tramp: "Çin ABŞ-dakı seçkilərə təsir etməyə çalışır"

18-09-2018, 18:43
Oxunub: 69
"Biz Çinə iqtisadi cəhətdən sürətli və sarsıdıcı cavab verəcəyik"


"Çin fermerlərə, biznesmenlərə yönəlik məqsədyönlü fəaliyyətlər yolu ilə ölkədə keçirilən seçkilərə təsir göstərməyə çalışır".

Report xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp "Twitter"dəki rəsmi səhifəsində bildirib. 

“Çin bizim fermerlərin, ranço sahiblərinin, sanayedə çalışanlarımızın mənə sadiq olduqlarına görə fəaliyyətini əngəlləmək vasitəsilə bizdəki seçkilərə təsir edərək dəyişdirməyə hər vəchlə səy göstərdiyini açıq şəkildə vurğulayıb. Çin bu insanların nə qədər böyük vətənpərvər olduğunu və Çinin uzun illərdir Birləşmiş Ştatlardan ticarətdə yararlandığını yaxşı başa düşdüklərini dərk etmir. Mən buna son qoymağın yolunu bilirəm. Biz Çinə iqtisadi cəhətdən sürətli və sarsıdıcı cavab verəcəyik”, - o yazıb.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti