İsrail Rusiyaya məxsus hərbi təyyarənin vurulmasında Suriyanı ittiham edir

18-09-2018, 17:26
Oxunub: 160
İMO bu məsələdə İranı və Livanda fəaliyyət göstərən "Hizbullah" hərəkatını da ittiham edib


İsrail Müdafiə Ordusu (İMO) yaydığı bəyanatda Rusiyaya məxsus İl-20 tipli kəşfiyyatçı təyyarəsinin vurulmasında bütün məsuliyyətin Suriyanın üzərində olduğunu bildirib.

Report “RİA Novosti”yə istinadən xəbər verir ki, İMO bu məsələdə İranı və Livanda fəaliyyət göstərən "Hizbullah" hərəkatını da ittiham edib.

Bəyanatda həmçinin İsrailin Rusiya təyyarəsilə bağlı hadisədən kədərləndiyi və məsələnin araşdırılması üçün lazımi məlumat verməyə hazır olduğu vurğulanır.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti