Türkiyə İdlibə əlavə qoşun göndərəcək

18-09-2018, 16:53
Oxunub: 110
"İdlibə əlavə qüvvələr yerləşdirməliyik"


Türkiyə regionda hərbsizləşdirilmiş zona yaratmaqla bağlı Rusiya ilə bağlanmış sazişə əsasən, Suriyanın İdlib vilayətinə əlavə hərbi kontingent göndərməyi planlaşdırır.

Report "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.

"Terror qruplaşmaları oradan gedəcək, ağır silahlar çıxarılacaq, dinc əhali və az sayda yüngül silahla mülayim müxalifət qalacaq. Türkiyə və Rusiya bu prosesə birgə nəzarət edəcək. İdlibə əlavə qüvvələr yerləşdirməliyik. Bununla da region terroçulardan təmizlənəcək", - M.Çavuşoğlu deyib.

Onun sözlərinə görə, Rusiya Suriya hökumət ordusunun İdlibdə əməliyyata başlamayacağı ilə bağlı öhdəlik götürüb.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti