Ukraynada təbii qaz bahalaşacaq

18-09-2018, 16:17
Oxunub: 40
"Əgər qazın qiyməti artırılmazsa ölkə maliyyə böhranına düşə, defolt təhlükəsi ilə üzləşə bilər"


Ukrayna hökuməti əhaliyə satılan təbii qazın qiymətinin tədricən artırılması ilə bağlı Beynəlxalq Valyuta Fondu (IMF) ilə razılıq əldə edib.

Report xarici mətbuata istinadən xəbər verir ki, bu barədə "Neftoqaz Ukrayna" şirkətinin İdarə Heyətinin sədri Andrey Kobolev bildirib. 

Onun sözlərinə görə, hazırda bu məsələ müzakirə obyektidir.  

Xatırladaq ki, bir qədər əvvəl Ukraynanın sosial siyasət naziri Andrey Reva bəyan edib ki, hökumət IMF qarşısında üzərinə götürdüyü öhdəliklərdən 15-ni yerinə yetirməyib. Onlardan biri də "mavi yanacağ"ın bahalaşdırılmasıdır. 

Ukraynanın baş naziri Vladimir Qroysman isə bəyan etmişdi ki, əgər qazın qiyməti artırılmazsa ölkə maliyyə böhranına düşə, defolt təhlükəsi ilə üzləşə bilər. Onun fikrincə, Ukrayna üçün borc böhranı fonunda deloltdan qaçmaq üçün IMF ilə gələcək əməkdaşlıq vacibdir.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti