Avstriya kanslerinin müavini Azərbaycana səfərə gəlib

18-09-2018, 10:06
Oxunub: 189
Bakıya səfər zamanı kanslerin müavinini biznes nümayəndə heyəti müşayiət edir


Avstriya kanslerinin müavini Haynts-Kristian Ştraxe Azərbaycana işgüzar səfərə gəlib.

Report Avstriya KİV-inə istinadən xəbər verir ki, üç gün davam edəcək səfər zamanı qonağın Azərbaycan Prezidenti, gənclər və idman, iqtisadiyyat, informasiya və texnologiya nazirləri ilə görüşəcəyi nəzərdə tutulub.

Bakıya səfər zamanı kanslerin müavinini biznes nümayəndə heyəti müşayiət edir.

Həmçinin qeyd olunur ki, Haynts-Kristian Ştraxe Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatının açılış mərasiminə qatılacaq.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti