Filippində torpaq sürüşməsi 30 şaxtaçının ölümünə yol açıb

16-09-2018, 16:14
Oxunub: 96
Torpaq sürüşməsi nəticəsində həmçinin daha 13 nəfər itkin düşüb


Filippinin Kordilyer inzibati regionunda "Manqhut" qasırğasının səbəb olduğu torpaq sürüşməsi nəticəsində 30 şaxtaçı həlak olub.

Report TASS-a istinadən xəbər verir ki, bu barədə "Sinxua" agentliyi məlumat yayıb.

Məlumatda bildirilir ki, xilasedicilər ölkənin şimalındakı Benqet vilayətində bağlı qalmış tuneldən 30 mədənçinin cəsədini çıxarıblar.

Torpaq sürüşməsi nəticəsində həmçinin daha 13 nəfər itkin düşüb. Hazırda həmin şaxtaçıların axtarışı əməliyyatı davam edir.

Bununla da "Manqhut" qasırğası qurbanlarının sayı 59 nəfərə çatıb.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti