Pakistanda qatar relsdən çıxıb, 20 nəfər xəsarət alıb

16-09-2018, 16:03
Oxunub: 35
Qəza ilə bağlı ərazidə qatarların hərəkəti dayandırılıb


Pakistanda qatar relsdən çıxıb.

Report xəbər verir ki, bu barədə "Geo News" "Pakistan Railways"in təmsilçisinə istinadən məlumat yayıb.

Məlumata görə, hadisə Kəraçidən Peşavar istiqamətində hərəkət edən sərnişin qatarında baş verib. Qatarın səkkiz vaqonu relsdən çıxıb. Qəza nəticəsində 20 nəfər xəsarət alıb.

Hadisə yerində xilasedicilər işləyir. Qəza ilə bağlı ərazidə qatarların hərəkəti dayandırılıb.

Hadisənin səbəbləri müəyyənləşdirilir.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti