"Florens" qasırğasının qurbanlarının sayı 13-ə çatıb

16-09-2018, 15:56
Oxunub: 42
Təbii hadisənin tüğyan etdiyi yerlərdə daşqın təhlükəsi qalmaqdadır


ABŞ-da tüğyan edən "Florens" qasırğası qurbanlarının sayı 13 nəfərə çatıb.

Trend-in məlumatına görə, daha əvvəl 11 nəfərin öldüyü bildirilirdi.

Atlantik okeanında tüğyan edən "Florens" ABŞ sahillərinə cümə günü çatıb. Lakin sonra zəifləyib. Küləyin sürəti saatda 75 kilometri ötmür.

Təbii hadisənin tüğyan etdiyi yerlərdə daşqın təhlükəsi qalmaqdadır. Şimali və Cənubi Karolinanın 27 mindən çox sakini müvəqqəti sığınacaqlara yerləşdiriliblər. Minlərlə insan elektrik enerjisindən məhrum olub.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti