"Florens" qasırğası 5 nəfərin ölümünə səbəb olub

15-09-2018, 17:55
Oxunub: 104
Uilminqton şəhərində evin üzərinə ağac düşməsi nəticəsində qadın və 8 aylıq körpə ölüb


ABŞ-ın Şimali Karolina ştatında 5 nəfər "Florens" qasırğasının qurbanı olub.

Trend-in məlumatına görə, Uilminqton şəhərində evin üzərinə ağac düşməsi nəticəsində qadın və 8 aylıq körpə ölüb.

Kinstonda 78 yaşlı şəxsi elektrik cərəyanı vurub, 77 yaşlı digər sakin isə güclü küləyin qurbanı olub.

Digər bir nəfər isə sahilyanı ərazidə ölüb.

Qeyd edək ki, “Florens” qasırğasının yaxınlaşması ilə əlaqədar Virciniya, Corciya, Merilend, Şimali Karolina və Cənubi Karolina ştatlarında və paytaxt Vaşinqtonda fövqəladə vəziyyət rejimi tətbiq edilib.

Şimali və Cənubi Karolina ştatlarında 1,5 milyon sakinin təxliyəsi elan olunub.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti