"Yüz məktəbə yeni sistem üzrə hazırlanan dərsliklər təqdim olunub"

15-09-2018, 16:20
Oxunub: 78
"Növbəti illərdə bu sistem vasitəsilə bir sıra dərsliklərin təkmilləşdirilməsi və dəyişdirilməsi prosesi mümkün olacaq"


 “Bu gündən etibarən Azərbaycanın 100 məktəbində ibtidai siniflər üçün yeni sistem üzrə hazırlanan Azərbaycan dili və riyaziyyat dərsliklərinin pilot layihəsinin icrasına başlanılacaq”.

Report xəbər verir ki, bunu təhsil naziri Ceyhun Bayramov deyib.

O bildirib ki, yeni sistem dərsliklərin fərqli formatda hazırlanmasına, vaxt baxımından daha rahat şəkildə nəzərdən keçirilməsinə, eləcə də rəylərin yığılmasına və təkmilləşdirilməsinə şərait yaradacaq: “Pilot layihə şəklində təqdim edilən dərsliklər növbəti aylarda həm ictimaiyyətə təqdim olunacaq, həm də daha geniş spektrda mütəxəssislərin müzakirəsi təşkil ediləcək”.

C.Bayramov əlavə edib ki, növbəti illərdə bu sistem vasitəsilə bir sıra dərsliklərin təkmilləşdirilməsi və dəyişdirilməsi prosesi mümkün olacaq.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti