Azərbaycan və Türkiyə prezidentlərinin təkbətək görüşü olub

15-09-2018, 15:19
Oxunub: 73
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb


 Bu gün rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə təkbətək görüşü olub.

Etatist.com xəbər verir ki, görüşdə Azərbaycan ilə Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyi bildirilib, iki ölkənin birgə həyata keçirdiyi qlobal layihələrin əhəmiyyəti qeyd olunub.

Türkiyə Prezidentinin səfərinin əməkdaşlığın genişləndirilməsinə töhfə verdiyi qeyd edilib. Bakının işğaldan azad olunmasının 100 illiyi münasibətilə paytaxtda keçirilən paradın əlaqələrimizin tarixində mühüm hadisə olduğu vurğulanıb.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti