Türkiyə və Rusiya prezidentlərinin görüş tarixi açıqlanıb

14-09-2018, 16:28
Oxunub: 68
İki ölkənin liderləri Suriyadakı vəziyyəti müzakirə edəcəklər


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiyanın dövlət başçısı Vladimir Putin arasında görüş sentyabrın 17-də Soçidə keçiriləcək.

Report NTV televiziyasına istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.

Onun sözlərinə görə, iki ölkənin liderləri Suriyadakı vəziyyəti müzakirə edəcəklər.

Qeyd edək ki, bu gün İstanbulda Türkiyə, Almaniya, Rusiya və Fransa liderləri köməkçilərinin Suriyadakı vəziyyətə həsr edilən görüşü olacaq. Rusiya prezidentinin köməkçisi Yuri Uşakov bir müddət əvvəl belə bir tədbirin keçiriləcəyini və onların Suriya üzrə dördtərəfli sammitin gündəliyini müzakirə edəcəklərini bildirmişdi.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti