Milli Musiqi Günü metropolitendə qeyd ediləcək

14-09-2018, 13:52
Oxunub: 31
Musiqi proqramına milli və klassik musiqi nümunələri daxildir


 "Bakı Metropoliteni" QSC ənənəsinə sadiq qalaraq 18 sentyabr – Milli Musiqi Gününü xüsusi layihə ilə qeyd edəcək. 

Etatist.com
 qurumun mətbuat xidmətinə istinadən xəbər verir ki, metropolitendən istifadə edən sərnişinlərə bayram ovqatı bəxş etmək məqsədi ilə sentyabrın 18-də sərnişin axını daha çox olan bir neçə stansiyanın vestibülündə konsert proqramları təşkil olunacaq.

Musiqi proqramına milli və klassik musiqi nümunələri daxildir. Budəfəki proqramda canlı musiqi "İçərişəhər", "Sahil", "28 May" və "Elmlər Akademiyası" stansiyalarında müxtəlif saatlarda səsləndiriləcək. Belə ki, “İçərişəhər” stansiyasında saat 11:00-12:30, “Sahil” stansiyasında saat 12:00-13:30, “28 May” stansiyasında saat 13:00-14:30 və “Elmlər Akademiyası” stansiyasında isə saat 14:00-15:30. Arası olacaq.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti