"Türkiyə S-400 komplekslərini vaxtında alacaq"

14-09-2018, 13:47
Oxunub: 30
"Rəsmi Ankara müqavilədə göstərilən vaxtda - 2019-cu ildə nəzərdə tutulan bütün texnikanı əldə edəcək"


 "Türkiyə ABŞ-ın təhdidlərinə baxmayaraq, Rusiyanın S-400 tipli "Triumf" zenit-raket sistemlərini almaqdan imtina etmir, Rusiya isə müqavilə şərtlərini vaxtında - 2019-cu ildə yerinə yetirəcək".

Report TASS-a istinadən xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya Baş nazirinin müavini Yuri Borisov bildirib.

"Hesab edirəm ki, növbəti on ildə "Almaz-Antey"in (S-400 sistemlərini istehsal edir) yüklənmə ilə bağlı problemi olmayacaq. Təkcə ənənəvi tərəfdaşlarımız yox, həm də NATO ölkələri, məsələn, ABŞ-ın bütün təhdidlərinə baxmayaraq, Türkiyə bu müqavilədən imtina etmir. Rəsmi Ankara müqavilədə göstərilən vaxtda - 2019-cu ildə nəzərdə tutulan bütün texnikanı əldə edəcək", - Y.Borisov deyib.

Qeyd edək ki, daha əvvəl ABŞ Dövlət Departamentindən Rusiyadan S-400 kompleksi alan istənilən ölkəyə qarşı sanksiyalar tətbiq ediləcəyi bildirilib.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti