ABŞ-da yüzlərlə təyyarə reysi ləğv edilib

14-09-2018, 03:03
Oxunub: 32
Güclü leysan yağışlar və güclü külək faciəli nəticələrə gətirib çıxara bilər


ABŞ-da ikinci kateqoriyalı "Florens" qasırğası ilə əlaqədar 1700-dən çox təyyarə reysi ləğv edilib.

Report xarici mətbuata istinadən xəbər verir ki, bu barədə "FlightAware" onlayn xidməti məlumat yayıb.

"Florens" qasırğası əvvəlcə beş mümkün dərəcədən dördüncü dərəcəyədək güclənib, sentyabrın 13-də isə ikinci dərəcəyə qədər azalıb.

Sinoptiklər xəbərdarlıq edirlər ki, təhlükə kateqoriyasının azalmasına baxmayaraq, Virciniya, Şimali Karolina, Cənub Karolina və Merilend ştatlarında təbii hadisə tüğyan edəcək. Habelə güclü leysan yağışlar və güclü külək faciəli nəticələrə gətirib çıxara bilər.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti