Nazarbayev Türkiyəyə səfər edəcək

12-09-2018, 18:48
Oxunub: 83
Səfər zamanı iki ölkə arasında münasibətlərin inkişafı, eləcə də regional məsələlər müzakirə ediləcək


Qazaxıstan prezidenti Nursultan Nazarbayev Türkiyəyə səfər edəcək.

Trend-in məlumatına görə, səfər barədə xəbəri Türkiyə prezidentinin Aparatı yayıb.

Məlumatda qeyd edilir ki, N.Nazarbayev Türkiyəyə sentyabrın 12-13-də prezident Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə səfər edəcək.

Məlumata görə, səfər zamanı iki ölkə arasında münasibətlərin inkişafı, eləcə də regional məsələlər müzakirə ediləcək.

Prezident Aparatının məlumatında qeyd edilir: "İki ölkə prezidenti eləcə də Qazaxıstan və Türkiyə arasında Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının dördüncü iclasında iştirak edəcək".
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti