Oğuzda yol tikintisinə 9,4 milyon manat ayrılıb

12-09-2018, 18:09
Oxunub: 49
9,4 milyon manat Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb


Prezident İlham Əliyev sentyabrın 12-də “Oğuz rayonunun Bucaq–Muxas–Baş Daşağıl avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb.

Etatist.com xəbər verir ki, dörd min nəfər əhalinin yaşadığı 4 yaşayış məntəqəsini birləşdirən Bucaq–Muxas–Baş Daşağıl avtomobil yolunun tikintisi məqsədilə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 9,4 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti