MM-in Mədəniyyət komitəsinin iclası keçirilib

12-09-2018, 18:03
Oxunub: 51
Komitə sədri Rəfael Hüseynov hesabatla çıxış edib


Azərbaycan Milli Məclisinin Mədəniyyət komitəsinin iclası keçirilib.

Report-un xəbərinə görə, iclasın gündəliyinə “Televiziya və radio yayımı haqqında”, “İctimai televiziya və radio yayımı haqqında”, “Teatr və teatr fəaliyyəti haqqında”, “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında”, “Mədəniyyət haqqında” və “Milli Arxiv fondu haqqında” qanunlara dəyişiklik layihələri daxil edilib. Bildirilib ki, bu dəyişikliklər texniki xarakterlidir.

Komitə sədri Rəfael Hüseynov hesabatla çıxış edib, Milli Məclisin yaz sessiyasında görülən işlər barədə məlumat verib.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti