Аzərbaycan əhalisinin sayı açıqlanıb

12-09-2018, 14:19
Oxunub: 291
Ölkə üzrə əhalinin sayı ilin əvvəlindən 45141 nəfər artıb


Аzərbaycanda demoqrafik vəziyyət açıqlanıb. 

Dövlət  Statistika Komitəsindən Etatist.com-a verilən məlumata görə, ölkə üzrə əhalinin sayı ilin əvvəlindən 45141 nəfər və ya 0,5 faiz artaraq avqustun 1-i vəziyyətinə 9943226 nəfərə çatıb. 

Bir kvadrat kilometrə düşən əhalinin sayı 115 nəfər olub. Əhalinin ümumi sayının 52,9 faizi şəhər yerlərində, 47,1 faizi kənd yerlərində məskunlaşmış, 49,9 faizini kişilər, 50,1 faizini isə qadınlar təşkil edir. Hazırda hər 1000 kişiyə 1005 qadın düşür.

Cari ilin yanvar-iyul ayları ərzində ölkədə 34 812 ölüm halı qeydə alınıb və bu göstərici əhalinin hər 1000 nəfərinə 6,1 təşkil edib.

2018-ci ilin 7 ayında qeydiyyat şöbələri tərəfindən 33 009 nikah və 8 538 boşanma halları qeydə alınıb və əhalinin hər 1000 nəfərinə nikahların sayı 5,8, boşanmaların sayı isə 1,5 olub.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti