Məzun yol qəzasının qurbanı oldu

31-05-2013, 15:50
Oxunub: 1182


Azərbaycanda daha bir məzun yol qəzasının qurbanı olub.

 

Tovuz rayon polis şöbəsindən APA-ya verilən məlumata görə, hadisə Tovuz-Əlimərdanlı avtomobil yolunda baş verib. "VAZ-2107” markalı avtomobilin aşması nəticəsində orta məktəbdə "Son zəng”i qeyd edən Tovuz rayonunun Əlimərdanlı kənd sakini, 1996-cı il təvəllüdlü Eltun Nəsrəddin oğlu Mustafayev dünyasını dəyişib.


Şöbədən bildiriblər ki, maşında bir neçə nəfər məzun olub. Hazırda hadisənin baş vermə səbəbləri və digər sərnişinlərin tapılması istiqamətində tədbirlər görülür.

Qeyd edək ki, bu gün Sabirabad rayonun Həşimxanlı kəndində 1997-ci il təvəllüdlü məzun Niyaməddin Məhəmməd oğlu Ələkbərov da yol qəzasında həlak olub.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti