ABŞ Trampla Paşinyanın görüşündən imtina edib

12-09-2018, 14:13
Oxunub: 72
ABŞ Donald Trampla Nikol Paşinyanın sentyabr görüşündən imtina edib


ABŞ Prezidenti Donald Trampla Ermənistanın baş naziri Nikol Paşinyanın sentyabrda görüşü baş tutmayacaq.

Report xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb. 

Ölkə mətbuatının yazdığına görə, ABŞ tərəfi bu yolla Nikol Paşinyana Rusiya laboratoriyalarının onlar üçün açıq olmasının vacibliyini çatdırıblar.

Bildirilib ki, Nikol Paşinyan ABŞ-ın Ermənistandakı bioloji laboratoriyasına Rusiyadan olan mütəxəssislərin buraxılmasına şəxsən tapşırıq verdiyini söyləmişdi. ABŞ tərəfi də paritetin gözlənilməsi üçün Rusiyanın uyğun laboratoriyalarına amerikalı mütəxəssislərin buraxılmasını istəyib. Ancaq onların bu istəyi hələ təmin olunmayıb. Bu səbəbdən ABŞ Donald Trampla Nikol Paşinyanın sentyabr görüşündən imtina edib.

Qeyd edək ki, Nikol Paşinyan baş nazir olandan sonra onun ABŞ prezidenti ilə görüşünün təşkil edilməsi istiqamətində fəaliyyət göstərilirdi.  
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti