Azərbaycan məhsulları Parisdə nümayiş olunacaq

11-09-2018, 11:16
Oxunub: 22
Tədbirdə yerli şirkətlərin xarici bazarlara və ixrac prosedurlarına dair sualları cavablandırılıb


Bakı Biznes Mərkəzində keçirilmiş İxracatçılar Klubunun növbəti iclasında 21-25 oktyabr tarixlərində Fransanın paytaxtı Parisdə təşkil ediləcək “Sial Paris” sərgisində iştirak edəcək Azərbaycan şirkətlərinin nümayəndələri ilə müzakirələr aparılıb. 

Etatist.com bu barədə İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir. 

Məlumata görə, nazirliyin dəstəyi və AZPROMO-nun təşkilatçılağı ilə keçirilən tədbirdə qida məhsullarının istehsalı sahəsində fəaliyyət göstərən 20-dən çox şirkətin təmsilçisi iştirak edib.

İclasda Azərbaycan istehsalı olan məhsulların ixracının genişləndirilməsi istiqamətində görülən işlərin önəmi, “Made in Azerbaijan” brendinin təbliği üçün dövlətin maliyyə dəstəyi ilə bu il də dünyanın müxtəlif ölkələrində bir çox sərgi və digər formatlı tədbirlərin keçiriləcəyi vurğulanıb.

İxracatçılar Klubunun icraçı direktoru Zöhrab Qədirov xarici ölkələrdə təşkil olunan beynəlxalq sərgilərin, o cümlədən “Sial Paris” Sərgisinin Azərbaycan məhsullarının “Made in Azerbaijan” brendi altında tanıdılması, yerli məhsulların ixracının genişləndirilməsi üçün əhəmiyyətindən danışıb.

Tədbirdə yerli şirkətlərin xarici bazarlara və ixrac prosedurlarına dair sualları cavablandırılıb.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti